TOY KATALOQU

Bizim Sorğumuz

Toyu necə keçirməli?

Şadlıq saraylarında - 43.8%
Restoranda - 31.3%
Evdə, dostlarının əhatəsində - 12.5%
Sadəcə nigah bağlamaq - 12.5%
Mən nigaha qarşıyam - 0%

Total votes: 16
The voting for this poll has ended on: 30 Sent 2012 - 08:21

Gəlin Üçün


Шубки для Невесты 53
Шляпки для несты 40
Вуаль Невесты 23
Шляпки для несты 6
Шляпки для несты 72
Шляпки для несты 46
Вуаль Невесты 33
Шляпки для несты 2
Шляпки для несты 53
Шляпки для несты 61
Шляпки для несты 41
Шляпки для несты 78

2012-ci ilin yekunları: ilin ulduz toyları

Çərşənbə, 26 Dekabr 2012 08:38
Qiymətləndirmə
(0 Səs)
2012-ci il ulduz toyları üçün bəhrəli olub. Evlənənlərin arasında əsasən toyları çoxdandır ki gözlənilən ulduzlar var idi. Lakin bəzi məşhurların evlilikləri hamı üçün sürpriz oldu. 2012-ci ilin ən parlaq bəy və gəlinlərinə bir daha nəzər salaq.


Castin Timberleyk və Cessika Bil



Bu, nəhayət baş verdi: Castin Timberleyk və Cessika Bil beş il davam edən münasibətlərindən sonra evləndilər. Toy İtaliyada, 150 nəfər “ən yaxın” adamların iştirakı ilə keçirilmişdir. Cessika Giambattista Valli brendindən çəhrayı rəngdə gəlinlik geyinmişdi. Timberleyk sevgilisi üçün sürpriz hazırlamışdı: gəlin mehraba gələn zaman onun üçün serenada oxudu.

Bleyk Layvli və Rayan Reynolds

Bleyk Layvli və Rayn Reynoldsun toyu 9 sentyabr tarixində keçirilsə də, hələ bu toydan bir dənə də fotoşəkil KİVlərdə yayılmayıb. Toy mərasimi ciddi məxfilik şəraitində keçirilmişdi – qonaqların əlindən mobil telefonlar alınır, işçi heyəti ilə sirrin yayılmaması haqqında müqavilələr bağlanmışdı.

Enn Xeteuey və Adam Şulman

Hələ 2011-ci ilin yay mövsümündə nişanlanan Adam Şulman və Enn Xeteuey nəhayət bu ilin sentyabr ayında Kaliforniyanın Biq-Sür məkanında evləndilər. Gəlin əfsanəvi Valentino Qaravaninin əsəri olan ipək tüldən tikilmiş bej rəngli dəbdəbəli toy donu geyinmişdi. Gəlinliyin ətəyi və şleyfi zərif çəhrayı rəng tonu ilə işlənmişdi.

Natali Portman və Bencamin Milpye

Enn ilə Adamın toyundan bir ay əvvəl, Kaliforniyanın elə həmin Biq Sür adlanan məkanında Nataqli Portman və Bencamin Milpye nigah masasına əyləşmişlər. Toy yəhudi ənənələrinə uyğun keçirilmişdir.

Sintiya Nikson və Kristin Marinoni

“Böyük şəhərdə seks” filminin baş qəhrəmanlarından birini canlandıran Sintiya Nikson və sevgilisi Kristin Marinoni 8 il davam edən münasibətlərini nəhayət rəsmiləşdirə bildilər. Cütlük 3 il bundan qabaq nişanlandıqlarını bəyan etmiş, və bu 3 il ərzində meriyaya gəlin və bəy qismində getmək uğrunda mübarizə aparırdılar. Belə ki, Nyu Yorkda yalnız bu yaxınlarda təkcinsli nigahların bağlanmasına razılıq verildi və Sintiya ilə Kristin dərhal münasibətlərini rəsmiləşdirdilər. Xoşbəxt ailə 3 övlad tərbiyə edir – bunlardan ikisi Sintiyanın əvvəlki nigahından uşaqları, biri isə cütlüyün 2011-ci ildə dünyaya gətirdikləri oğlu Maksdır (Maksın bioloji anası Sintiya Niksondur, bioloji atası haqqında isə heç bir məlumat verilmir).

Oxunub 353 раз

Похожие материалы

cs-nsk

Add comment


Security code
Refresh

Ana Səhifə                   Brendlər                       Biz Facebookda

Xəbərlər                      Məsləhətlər                    Biz Twitterda     

Moda                          Adət vəƏnənələr                          

Gözəllik                       Forum                          

Məqalələr                     Əlaqə