TOY KATALOQU

Bizim Sorğumuz

Toyu necə keçirməli?

Şadlıq saraylarında - 43.8%
Restoranda - 31.3%
Evdə, dostlarının əhatəsində - 12.5%
Sadəcə nigah bağlamaq - 12.5%
Mən nigaha qarşıyam - 0%

Total votes: 16
The voting for this poll has ended on: 30 Sent 2012 - 08:21

Gəlin Üçün


Вуаль Невесты 6
Шубки для Невесты 9
Шляпки для несты 83
Шубки для Невесты 36
Шляпки для несты 34
Шубки для Невесты 23
Шляпки для несты 76
Шляпки для несты 79
Шляпки для несты 40
Шляпки для несты 50
Шляпки для несты 96
Шляпки для несты 16

Saç maskaları

Çərşənbə axşamı, 18 İyun 2013 09:44
Qiymətləndirmə
(8 Səs)
Dərimiz kimi, saçlarımızın da mütəmadi olaraq təbii qıdalandırıcı maskalara ehtiyacı var. Xüsusən indi, payız mövsümündə daha da kövrəkləşən saçlar tökülməyə meylli olur. Ümumiyyətlə, payız və qış dönəmində saçlar daha diqqətli qulluğa ehtiyacı duyur.Təkcə qidalandırıcı və bir sıra saç problemlərini aradan qaldırmağa yönəlmiş şampunlardan istifadə etmək kifayət deyil.

Əgər sağlam parlaqlığa malik təravətli saçlara sahib olmaq istəyirsinizsə, onları mütləq ev şəraitində hazırlanmış təbii maskalarla qidalandırmaq tövsiyə olunur. 3 Effektiv 100% Təbii Saç Maskası:
1. Quru saçlar üçün bal maskası 1 yumurta sarısı + 1 çay qaşığı gənəgərçək yağı + 1 çay qaşığı bal. Alınmış kütləni saçınızın dibinə yaxşıca çəkin və xüsusi papaq geyinin. Sonra papağın üzərini isti dəsmalla bürüyün. 30-60 dəqiqə saxladıqdan sonra saçınızı ilıq su ilə yuyun.



2. Saç Tökülməsinə Qarşı Soğan Maskası 1 ədəd ortaölçülü soğanı sıxıb onun suyunu başınızın dərisinə çəkin. Saçınızı örtük, onun üzərindən isə isti dəsmalla bürüyün. Maskanı başınızda 20-30 dəqiqə saxlayın.



3. Alma Sirkəsi Maskası Alma sirkəsi saçın canlılığı və parlaqlığını bərpa etmək üçün əvəzedilməz vasitədir. Bu maska xüsusilə yağlı saçlar üçün tövsiyə olunur. 1 çay qaşığı alma sirkəsini 1-2 litr ilıq suda qarışdırıb başınızı şampunla yuduqdan sonra bu məhlulla yaxalayın və daha saçınıza su vurmayın.



Zeytunyağı saç maskası: 5 şorba qaşığı zeytunyağını 2 ədəd yumurta ilə qarışdırın və saçınıza çəkin. Ardından başınıza plastik paket bağlayaraq 15 dəqiqə gözləyin. Sonra təmiz su ilə yuyun. Ballı və zeytunyağlı saç maskası: 2 şorba qaşığı balı 3 şorba qaşığı zeytunyağı ilə qarışdırın və saçınıza tətbiq edin. Başınıza plastik paket geyin. 15 dəqiqə sonra şampunla yuyun.



Sirkəli saç maskası: Saçlarınızı şampunladıqdan sonra 1 fincan limon suyu ya da sirkəni saçınıza masaj edərək sürtün və yuyun. Sonra həmişəki saç kreminizi istifadə edin və su ilə yuyun. Saçınızdakı bütün çirklər çıxacaq və işıl-işıl parıldayacaq. Yenidən sınamaq istəsəniz, iki həftə gözləməlisiniz. Köhnəlmiş saçları müalicə etmək üçün: Yetişmiş bananı əzərək püre halına gətirdikdən sonra içinə bir neçə damla badam yağı qatın və masaj edərək saçınıza çəkin. 15 dəqiqə gözlədikdən sonra yuyun. Sonra şampunla yuyun.



Quru saçlar üçün: 1 şorba qaşığı balı yarım fincan süd kreminin içinə qataraq qarışdırın və bu qarışıqla baş dərinizi masaj edin. 15 dəqiqə gözlədikdən sonra yumşaq tərkibli şampunla yuyun. 1 bananı, 1 yumurtanı, 1/4 fincan balı, 3 şorba qaşığı südü və 5 şorba qaşığı zeytunyağını qarışdırın. Masaj edərək baş dərinizə çəkin və 15 dəqiqə gözləyin. Sonra yumşaq tərkibli şampunla yuyun. Sink və yağlı turşular (balqabağın tumu, fındıq, bitki mənşəli yağlar) quru saçlar üçün yaxşıdır. Buna görə mümkün olduğunca sinkli qidalar yeyin.
Oxunub 4348 раз
cs-nsk

Add comment


Security code
Refresh

Ana Səhifə                   Brendlər                       Biz Facebookda

Xəbərlər                      Məsləhətlər                    Biz Twitterda     

Moda                          Adət vəƏnənələr                          

Gözəllik                       Forum                          

Məqalələr                     Əlaqə