TOY KATALOQU

Bizim Sorğumuz

Toyu necə keçirməli?

Şadlıq saraylarında - 43.8%
Restoranda - 31.3%
Evdə, dostlarının əhatəsində - 12.5%
Sadəcə nigah bağlamaq - 12.5%
Mən nigaha qarşıyam - 0%

Total votes: 16
The voting for this poll has ended on: 30 Sent 2012 - 08:21

Gəlin Üçün


Шляпки для несты 37
Шляпки для несты 44
Шубки для Невесты 46
Шляпки для несты 9
Шляпки для несты 61
Вуаль Невесты 36
Шляпки для несты 38
Шляпки для несты 17
Шляпки для несты 29
Шляпки для несты 99
Шляпки для несты 59
Шубки для Невесты 7

Yazda bal ayı: hansı ölkələrə üz tutmaq olar?

Cümə axşamı, 11 Aprel 2013 08:42
Qiymətləndirmə
(1 Səs)
Məhz elə yaz fəsli toy üçün ən yaxşı mövsüm sayılır! Yaz həmçinin bir çox ölkələrə səyahət üçün əlverişlidir. Gəlin yaz fəslində yeni evlənən cütlüyün bal ayı üçün üz tuta biləcəkləri istiqamətlərə birlikdə nəzər salaq.



Bal ayı üçün ən səmərəli mövsüm aprel ayında başlayır.

Dəniz istirahəti

Əgər sizi dəniz istirahəti maraqlandırırsa, Tunisə diqqət yetirin.



Apreldə burada hava temperaturu yüksək olur, dəniz yetərincə qızır və Siz çimərlikdən və dənizin ilıq dalğalarından zövq ala bilərsiniz.



Tunis həmçinin özünün SPA-kurortları ilə məşhurdur, odur ki Siz bal ayı proqramınızı massaj, sauna, hamam, SPA-terapiya ilə zənginləşdirə bilərsiniz.


Çin də yeni evlilər üçün əla dəniz istirahəti vəd edir.



Xaynan adası sizi 25 dərəcə hava və dəniz temperaturu ilə qarşılayacaq. Burada siz həmçinin Çin təbabəti mərkəzlərində sağlamlığınızı bərpa edə bilərsiniz. Mütləq mirvari muzeyini və kəpənəklər dərəsini ziyarət edin – bu, romantik istirahət üçün ideal məkanlardır!


Günəş vannalarının pərəstişkarları üçün daha bir istirahət variantı – Mərakeş.



Apreldə burada havalar isti keçir, dəniz istidir, servis isə avropa servisinə çox yaxındır. Eyni zamanda, şərq koloriti istirahətinizə ekzotik dad bəxş edəcək.


Avropaya səyahət

Avropanın demək olar ki bütün ölkələri yazda gözəl olur. Mülayim hava, çiçəklənən ağaclar, lalə tarlaları...

İtaliyaya nəzər salın – Toskananın məşhur peyzajları məhz elə yazda daha da gözəl olur.



Apreldə İspaniya da çox gözəl olur. Burada artıq yay istiləri hökm sürür, çiçəklənən təbiət və ağaclardakı tutuquşları rəsmi tamamlayır.



Qeyri-standart marşrutlar

Aprel – İordaniyaya səyahət üçün əla vaxtdır.



Ölü dənizə, möcüzəli Petra şəhərinə və Vadi Ram səhrasına səyahət bal ayınızı unudulmaz edəcək.


Yazda Yaponiya –təkrarolunmaz bir mənzərədir.



Sakuranın çiçəkləndiyi bir dövrdə Yaponiyaya romantik səyahət bal ayınız üçün ideal seçimdir.




Oxunub 3341 раз

Похожие материалы

cs-nsk

Add comment


Security code
Refresh

Ana Səhifə                   Brendlər                       Biz Facebookda

Xəbərlər                      Məsləhətlər                    Biz Twitterda     

Moda                          Adət vəƏnənələr                          

Gözəllik                       Forum                          

Məqalələr                     Əlaqə