TOY KATALOQU

Bizim Sorğumuz

Toyu necə keçirməli?

Şadlıq saraylarında - 43.8%
Restoranda - 31.3%
Evdə, dostlarının əhatəsində - 12.5%
Sadəcə nigah bağlamaq - 12.5%
Mən nigaha qarşıyam - 0%

Total votes: 16
The voting for this poll has ended on: 30 Sent 2012 - 08:21

Gəlin Üçün


Шляпки для несты 53
Шляпки для несты 10
Шубки для Невесты 30
Шубки для Невесты 21
Шляпки для несты 42
Шубки для Невесты 50
Шляпки для несты 73
Шляпки для несты 13
Шубки для Невесты 57
Шубки для Невесты 13
Шляпки для несты 27
Шляпки для несты 81

Nigahda romantikanı necə qoruyub-saxlamaq olar?

Cümə axşamı, 14 Mart 2013 13:07
Qiymətləndirmə
(1 Səs)
Hər bir xanım sevgilisindən qeyri-adi rəftar gözləyir. Lakin... qapının zəngi çalınır... o, işdən gəlir, və... bir dəstə gül və incə salamlama əvəzində siz narazı “Yeməyə nə var?” sözlərini eşidirsiniz.Bütün bunlar sizə tanışdırsa, və vəziyyəti yaxşıya doğru düzəltmək istəyirsinizsə, məsləhətlərimizə riayət edin.



İlk növbədə bunu bilin ki, münasibətlərinizə romantikanı qaytarmaq heç vaxt gec deyil. Bəlkə də, bu məqalədəki sadə tövsiyyələr Sizə tezliklə “Sən dünyanın ən gözəl, ən zərif xanımısan, mən səni çox sevirəm” sözlərini eşitməyə kömək edəcək.

Məsləhət №1. Hətta evdə də bəzənirik

Kişilərin əksəriyyəti ətraf dünyanı vizual olaraq qəbul edir. Və çox vaxt onlar sizin işlədiyinizi, uşaqları tərbiyə etdiyinizi və, təbii olaraq, yorulub, istirahət etmək istədiyinizi anlamırlar. Daha doğrusu – anlayırlar, lakin hər gün yanında idman geyimində yorğun, özünə baxmayan xanım görmək istəmirlər.

Ona görə ən azından başlayın: bir neçə dəst dəbli, gözəl və eyni zamanda rahat ev geyimi alın. Ev xanımı obrazınızı gözəçarpmayan bəzək əşyaları və sevimli parfümun ətri ilə tamamlayın.

Məsləhət №2. Makiyajdan qaçmayın

 

Bir çox xanımlar kosmetikadan yalnız evdən çıxanda istifadə edir. Əlbəttə ki, dəri kosmetikadan istirahət etməlidir. Lakinn niyə məhz həyat yoldaşınız Sizi dağınıq və baxımsız görməməlidir? Axı onun fikri sizin iş yoldaşlarınız və ya təsadüfi yoldan ötən insanların fikrindən daha vacibdir!

Hər səhər bir qədər BB-krem, yüngül rəng çalarlı dodaq parıltısı və tuş – və sevgilinizin gözlərindəki sevgi və heyranlıq sizin bu cüzi səylərinizin əvəzini artıqlaması ilə verəcək.

Məsləhət №3. Təsərrüfat quldarlığına son!

Ev işləri üzrə vəzifələri ailə üzvləri arasında bölüşdürün. Hətta uşaqlarınız da hər hansı yüngül ev işlərini görə bilərlər. İstənilən ev işini birgə oyuna çevirmək olar.



Əl əməyinizi maksimal olaraq avtomatlaşdırın. Qabyuyan maşın, tozsovuran, paltaryuyan – vaxtınıza qənaət edəcək və siz özünüzə də vaxt ayıra bilərsiniz.

Məsləhət №4. Ev şəraitində Spa

Kiçik bir hiylə: əgər evdə heç kim yoxdursa, ev işlərini özünəqulluqla birləşdirmək olar. Məsələn, evi yığışdırana qədər, üzünüzə maska çəkə bilərsiniz, yemək bişirənə qədər, asan fitnes hərəkətlərini yerinə yetirə bilərsiniz, və s. Beləliklə, Siz ev işlərini görməklə yanaşı, özünüzü də əla hiss edəcəksiniz.

Məsləhət №5. İstəkli qalmağı bacarın



Yataq otağı evinizin ən həyəcanlandırıcı otağı olmalıdır. Bu, sizin və həyat yoldaşınızın şəxsi çəkanıdır. Sizin icazəniz olmadan uşaqlarınızın və ya qonaqların bu otağa girməsinin qarşısını alın və orada xüsusi atmosfer yaradın. Boğuq işıqlar, şamlar, xəfif musiqi, gözəl yataq dəyişəyi...

Unutmayın:hər şey sizin əlinizdədir. Siz özünüz dəyişə və sevdiyiniz insanla olan münasibətlərinizi dəyişdirə bilərsiniz. Yetər ki, bir qədər fantaziya edib, səy göstərəsiniz. Və məhz öz üzərinizdə işlədikdən sonra, belə bir gün gələcək ki, “Sən dünyanın ən gözəl, ən zərif xanımısan, mən səni çox sevirəm” sözlərini eşidəcəksiniz

Oxunub 3860 раз
cs-nsk

Add comment


Security code
Refresh

Ana Səhifə                   Brendlər                       Biz Facebookda

Xəbərlər                      Məsləhətlər                    Biz Twitterda     

Moda                          Adət vəƏnənələr                          

Gözəllik                       Forum                          

Məqalələr                     Əlaqə