TOY KATALOQU

Bizim Sorğumuz

Toyu necə keçirməli?

Şadlıq saraylarında - 43.8%
Restoranda - 31.3%
Evdə, dostlarının əhatəsində - 12.5%
Sadəcə nigah bağlamaq - 12.5%
Mən nigaha qarşıyam - 0%

Total votes: 16
The voting for this poll has ended on: 30 Sent 2012 - 08:21

Gəlin Üçün


Шляпки для несты 54
Шляпки для несты 53
Шляпки для несты 13
Вуаль Невесты 22
Шляпки для несты 35
Вуаль Невесты 4
Шляпки для несты 26
Вуаль Невесты 15
Шляпки для несты 102
Шляпки для несты 16
Шляпки для несты 97
Шубки для Невесты 5

Dəriyə Canlılıq Verən Qidalandırıcı Maskalar.

Cümə axşamı, 27 İyun 2013 06:49
Qiymətləndirmə
(1 Səs)
1. Yumurta Maskası: İki ovuc buğdanı, iki stəkan suda azin. İki yumurta sarısı və bir şorba qaşığı badam yağı qoyun. Üzə sürtün və qurumağa başlayınca yuyun və gülsuyu sürtün.

Təsiri: Qırmızı ləkələrin və sızanaqların təmizləməsini təmin edər. Səhər və axşam olmaq üzrə gündə iki dəfə tətbiq edin. Bu maska şampun kimi istifadə edilə bilər, saçların parlamasını təmin edər.



2. Çiyələk Maskası: Bir ovuc təzə çiyələk əzilib, un ilə qarışdırılır. Bir ədəd yumurta sarısı ilə iki yemək qaşığı qatıq çırpılır, krem halına gətirilir. Təsiri: Quru dərilər üçün bəsləyici olan bu maska 20 dəqiqə dəridə qaldıqdan sonra ilıq su ilə yuyulur. Çiyələk maskası xüsusilə gözaltlarındakı qırışların azalmasında mühüm rol oynayır.



3. Qara Nöqtələr üçün Maskası: Bu maska üçün yalnız limon suyu və qatıq lazımdır. Əvvəl bir kasa qatığa bir limonun suyunu qarışdırın. Qarışığı gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqə gözləyin. Limon suyu dərini dezinfeksiya edər, sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini bəsləyər, nəmləndirər və yağ miqdarını tarazlayar. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.



4. Sızanaq Maskası: Sızanaq maskası üçün səkkiz dənə gül kələm yarpağını, iki qaşıq zeytunyağı ilə mikserdən keçirməniz kifayətdir. Hazırladığınız qarışığı, sızanaqlı bölgəyə sıx bir şəkildə çəkin. 10 dəqiqə qədər gözlədikdən sonra, üzünüzü ilıq suyla təmizləyin. Gül kələm yarpaqlarının təmizləyici xüsusiyyəti vardır. Bu maskanı üzünüzə həftədə bir ya da iki dəfə tətbiq edə bilərsiniz.




5. Nəmləndirici Maska: (Yumurta sarısı, süd). Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə yayın, üzərini incə bir tənziflə örtərək 15 dəqiqə gözləyin. Ardından kağız bir dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla ilıq və soyuq suyla üzünüzü yuyun. Quru və nəmsiz bir dəriniz varsa, bu maska sizin üçün birə-birdir. İçində olan yumurta sarısı dərinizi bəsləyərkən süd nəmləndirəcək, sıxışdıracaq və dərinizə yumşaqlıq verəcək. Həftədə bir dəfə tətbiq etmək kifayətdir. Maska sürmənin incəlikləri Əvvəl dəri tipinizi seçin. Dərinizə uyğun meyvə və ya tərəvəzi seçin. Yarpaqlı tərəvəzləri qaynar suda 3 dəqiqə gözlədib süzün. Soyuyunca dərinizin üzərinə yerləşdirin. Digər tərəvəzləri robotda püre halına gətirin. Axmayacaq konsistensiyaya gəlincə maskanız hazır deməkdir. Maskanı sürtmədən əvvəl dərinizi təmizləyin. Bunun üçün bir parça pambığa təmizləmə südünü töküb əvvəl bütün dərinizi təmizləyin, sonra ilıq suyla yuyub dəsmal ilə qurulayın.




Maskanı göz və dodaq ətrafı xaric bütün üz və boyunuza qalın bir təbəqə halında sürün. Bir yerə uzanıb başınızdakı düşüncələri boşaldın. Maskanı təmizləmək üçün ilıq suya batırılmış pambıqla dərinizi silib yuyun və dəsmal ilə qurulayın. Təbii maskalar Heç olmasa həftədə bir günü özünüzə ayırın. Həm istirahət edin, həm də gözəlləşin. Telefonu çıxarın. Ən sevdiyiniz mahnını çalın. Divanda uzanıb başınızdakı bütün düşüncələri silib özünüzü musiqinin ritminə buraxın. Siz rahatladıqca və içinizdəki stressi atdıqca dəriniz də rahatlayacaq və nəfəs almağa başlayacaq. Dəriniz artıq bəslənməyə hazırdır. Mətbəxə gedin və soyuducunun qapağını açın. Dəri tipinizə uyğun, ya da dəri problemlərinizə çarə olacaq vəsaiti alıb maskanı hazırlayın.



Təbii maskalar, ani təsirli olub dərini nəmləndirir, təzələyir və qırışları aradan qaldırır. Ehtiva etdikləri maddələrə görə dəridəki funksiyaları da dəyişir. Bəziləri yağlı dərilərə yaxşı gələrkən, bəziləri quru dərilərə nəm qazandırır. Ancaq diqqət! Dəri tipinizə uyğun olmayan maddələri ehtiva edən bir maska, dərinizə zərər verə bilir. Məsələn; quru dəriniz varsa limon və qreyfrut kimi sitrus bitkiləridən uzaq dayanmanızda fayda var. Xüsusilə içində olduğumuz bu günlərdə çirkli havaya, sərt küləklərə və siqaret tüstüsünə məruz qalan dəriyə maska tətbiq etmək çox faydalıdır. Maskanı dərinizin vəziyyətinə görə həftədə 1 və ya 15 gündə bir tətbiq edə bilərsiniz. Meyvə, tərəvəz və yumurta kimi qidalardan ibarət maskaları evdə hazırlamaq həm çox asandır, həm də çox vaxt almır, üstəlik sərfəlidir.
Oxunub 1938 раз
cs-nsk

Add comment


Security code
Refresh

Ana Səhifə                   Brendlər                       Biz Facebookda

Xəbərlər                      Məsləhətlər                    Biz Twitterda     

Moda                          Adət vəƏnənələr                          

Gözəllik                       Forum                          

Məqalələr                     Əlaqə